• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Azərbaycanlılar Yaxın Şərqdə vahid ordu qurur – KRİTİK QƏRAR

  • Dünya
  • 10 İyul 2015 18:30
  • 1 302 Baxış
Azərbaycanlılar Yaxın Şərqdə vahid ordu qurur – KRİTİK QƏRAR

PKK-nın Suriya qolu olan PYD və İŞİD təhlükəsinə qarşı dirəniş göstərən Azərbaycan əsilli türkmanlar öz ordularını quracaq.


Publika.az xəbər verir ki, bu barədə Suriya türkmanlarının Türkiyənin Qaziantep şəhərində keçirilən toplantısında qərar qəbul olunub.

Türkman siyasətçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, hərbi komandirlərin qatıldığı toplantıda ümumilikdə 150 nəfər iştirak edib.


Türkman Məclisinin başqanı Əbdürrəhman Mustafa suriyalı türkmanların 5 ildir davam edən müharibədə ortaq hərəkət edə bilmədiyini deyib: “İŞİD və PYD təhlükəsinə qarşı itirəcək bir dəqiqəmiz belə yoxdur. Bu torpaqlar bizim minillik ana vətənimizdir. İndi bizim torpaqları bəzi fanatik ünsürlər və etnik terror qrupları qəsb edir. Vəziyyətə müdaxilə edilməsə, geri dönəcək evlərimiz, üzərində yaşaya biləcəyimiz vətənimiz olmayacaq”.


Məclis başqanı YPG (PYD-nin silahlı qanadı – red.) təhlükəsinin Tel Abyaddan başlayıb Cerablus və Azez bölgəsinə doğru uzandığını bildirib.


“YPG 200-dən çox türkman qəsəbəsini təhlükə altında saxlayır. Müdafiə olunmaq və türkman torpaqlarının işğalının qarşısının alınması üçün türkman ordusu qurulmalıdır”, - deyə o qeyd edib.


Məclis başqanı bu məsələ ilə bağlı bəzi planların olduğunu və bir sıra addımların atıldığını da vurğulayıb.


Tel Abyad bölgəsinin təmsilçisi Ənvar Əl Haq Tuqayları komandiri Abdullah Dədə türkman torpaqları üzərində Suriya Kürdüstanının 70 faiz qurulduğunu deyib: “Buna müdaxilə edilməsə türkman varlığı yox olacaq”.


Daha sonra toplantı qapalı keçirilib və qəbul olunan qərar açıqlanıb.


Ə. Mustafa bildirib ki, Hələb, Golan, Mumbuç, Cerablus, Lazkiya-Bayırbucaq, İdlib, Rakka, Tel Abyad və Humus bölgəsinin təmsilçiləri ilə aparılan müzakirələrin sonunda mühüm qərarlar qəbul olunub.


“Türkman ordusunun qurulması istiqamətində addımların atılması məqsədilə Hərbi Şuranın yaradılması qərarına gəldik”, - deyə Məclis sədri vurğulayıb.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR