Rusiyanın “Moskva“ raket kreyseri Ukrayna sahilinə yaxınlaşır - FOTO
Bizi izləyin

Dünya

Rusiyanın “Moskva“ raket kreyseri Ukrayna sahilinə yaxınlaşır - FOTO

Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı - "Moskva" raket kreyseri Ukraynanın materik hissəsinə doğru yol alıb.

Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı - "Moskva" raket kreyseri Ukraynanın materik hissəsinə doğru yol alıb.

Barədə Ukraynanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk öz Facebook səhifəsində bildirib.

"Bundan əvvəl "Moskva" kreyseri Qara Dəniz Donanmasının digər gəmiləri ilə birlikdə Ukraynanın 7 gəmisinin Donuzlav gölündən dənizə çıxışını ənşəlləyib. Biz yerdəyişməni izləyirik", - Timçuk yazır.

UNİAN-ın xəbərinə görə, Rusiya Krımda öz hərbi qüvvələrinin sayını artırmaqda davam edir. Yarımadaya yeni hərbi birliklər göndərilir.

Dmitri Timçukun bildirdiyinə görə, Rusiyanın daimi dislokasiya yeri Çeçenistan olan 18-ci əlahiddə motoatıcı briqadası da Qara Dəniz Donanmasının Novorossiyskdəki bazasında yerləşdirilib. Briqadanın şəxsi heyətinin və 120 ədəd hərbi texnikanın,o cümlədən "Qrad" raketlərinin Krıma gətirilməsinə hazırlıq görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm