Möhtəşəm memarlıq nümunəsi - FOTO
Bizi izləyin

Dünya

Möhtəşəm memarlıq nümunəsi - FOTO

"Zaha Hadid Architects" şirkətinin memarlarının layihəsi əsasında ABŞ-ın Elk Qruv şəhərinin administrativ mərkəzi tikiləcək.

Elk Qruv böyük planlarla yaşayan kiçik Amerika şəhəridir. Şəhər rəhbərliyinin fikrincə, inşa olunacaq bu mərkəz əhalidə birlik ovqatı yaratmalı və onun gələcəyə olan inamının simvoluna çevrilməlidir.

Layihəyə başlamazdan əvvəl şəhər əhalisi arasında telefon, internet, interaktiv seminarlar vasitəsilə geniş sorğular keçirilərək, insanların arzu və istəkləri öyrənilib. Araşdırmalar nəticəsində məlum olub ki, şəhər əhalisi mərkəzdə kitabxana, uşaq muzeyi, otel, işgüzar görüşlər üçün mərkəz və idman meydançalarını görmək istəyir.

"Zaha Hadid Architects" şirkətinin nümayəndələri də əhali ilə şəxsi görüşləri zamanı təklif olunan variantlar üzərində onların istəklərinə uyğun olaraq müəyyən korrektələr ediblər.

Müasir memarlıq üslubunda tikiləcək administrativ mərkəz şəhərin gələcək inkişafında mühüm rol oynayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm