İsrail “Fələstin 48” kanalının fəaliyyətini dayandırdı
Bizi izləyin

Dünya

İsrail “Fələstin 48” kanalının fəaliyyətini dayandırdı

İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan ölkədəki ərəblər üçün yayımlanan “Fələstin 48” kanalının yayımının dayandırılması barədə təlimat verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 6 ay müddətində qüvvədə olan qərarın səbəbi kanalın İsraildə fəaliyyət göstərməsi üçün icazəsinin olmaması göstərilir.

İsrailin baş naziri Benyamin Netahyahu da kanalın fəaliyyətə başlamasından qısa müddət sonra Rabitə Nazirliyinə kanalın hüquqi vəziyyəti və maliyyələşmə məsələsi ilə bağlı araşdırmanın aparılması barədə göstəriş verib. Ramazan ayında fəaliyyətə başlayan kanalın Fələstin tərəfindən maliyyələşdirilməsinin rəsmi Təl-Əvivdə narahatlıq yaratdığı deyilir.

Kanalın adında İsrail dövlətinin qurulduğu və fələstinlilər tərəfindən “Böyük fəlakət ili” adlandırılan 1948-ci il xatırlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm