Cənubi Karolina rəsmiləri Konfederasiya bayrağının götürülməsinə qərar verib
Bizi izləyin

Dünya

Cənubi Karolina rəsmiləri Konfederasiya bayrağının götürülməsinə qərar verib

Cənubi Karolina rəsmiləri Konfederasiya bayrağının ABŞ-ın cənub ştatının dövlət binası qarşısından götürülməsinə qərar verib.

Publika.az xarici ediaya istinadən xəbər verir ki, qubernator Nikki Heyli həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənən vətəndaş müharibəsi dövründən qalmış bayrağın endirilməsinə dair qanunu imzalayıb. Bayraq ağdərili irqçinin kilsədə doqquz qaradərili kilsə üzvünü öldürməsinin ardınca götürülür.

Cənubi Karolinada ştat senatorlarından sonra Nümayəndələr Palatasının qanunvericiləri də 13 saat davam edən emosional mübahisədən sonra bayrağın götürülməsi qərarına gəlmişdilər.

Heyli bu günü Cənubi Karolina ştatında mühüm gün adlandırıb. O deyib ki, yaraların sağaldığı bir vaxtda bu qərar ştat insanlarını birləşdirir. Heyli qanunu imzaladığı doqquz qələmi rəmzi olaraq kilsə qətliyamında həlak olan insanların ailə üzvlərinə verib.

Bayraq bu gün səhər rəsmi mərasimlə dövlət binasının qarşısından endirilib.

Heyli deyib ki, bayraq hörmət və rəğbətlə endirilərək muzeyə təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm