Putin dünya iqtisadiyyatı üçün ən böyük problemi açıqladı
Bizi izləyin

Dünya

Putin dünya iqtisadiyyatı üçün ən böyük problemi açıqladı

“ABŞ-ın böyük xarici borcu bütün dünya iqtisadiyyatı üçün ciddi problemdir”.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ufa şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS sammitlərinin yekun mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.

O, həmçinin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələrinin də bu baxımdan istisna olmadığını qeyd edib.

Qeyd edək ki, ABŞ-ın hazırda ümumi xarici maliyyə öhdəlikləri 18,3 trilyon dollar təşkil edir. Bu göstərici hər saniyədə bir neçə min dollar artır. ABŞ-ın ümumi daxili məhsulu isə 18 trilyon dollardan azdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm