Yunanıstanda şəxsi adalar satışa çıxarıldı
Bizi izləyin

Dünya

Yunanıstanda şəxsi adalar satışa çıxarıldı

Beynəlxalq kreditorların təklif etdiyi şərtlərin referendumla rədd edilməsindən sonra Yunanıstanda şəxsi adalar satışa çıxarılıb.

Publika.az xəbər verir ki, “Anadolu” agentliyinin “Online xüsusi adalar” adlı daşınmaz əmlak satış saytından əldə etdiyi məlumatlara görə, iyulun 10-da 17 xüsusi ada satışa çıxarılıb.

Satışa çıxarılacaq adaların yaxın günlərdə 120-yə çıxacağı gözlənilir.

İngiltərədə yerləşən daşınmaz əmlak şirkəti “Spot Blue”nun direktoru və daşınmaz əmlak bazarı üzrə mütəxəssis Julian Valker hesab edir ki, iqtisadi böhranla mübarizə aparan Yunanıstanda satışa çıxarılan şəxsi adaların alınması uzunmüddətli qazanc vəd edən sərmayədir.

Hazırda satışda olan ən bahalı ada 50 milyon avro dəyəri ilə Omfori adasıdır. Sahəsi təxminən 4,5 kvadrat kilometr olan ada bölgənin ən gözəl şəxsi adası hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm