İtaliyanın Qahirədəki konsulluğu partladıldı - VİDEO
Bizi izləyin

Dünya

İtaliyanın Qahirədəki konsulluğu partladıldı - VİDEO

İtaliyanın Qahirədəki konsulluq binasında partlayış törədilib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər həlak olub, dördü yaralanıb.

Agentlik “Al Yaum as-Sabia” nəşrinə istinadən verir ki, partlayıcı qurğu konsulluq binasının yaxınlığındakı avtomobilə yerləşdirilib və uzaqdan işə salınıb.

Hələlik heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm