“Avto” ləqəbli kriminal avtoritet 14 il həbs cəzası aldı - TƏFƏRRÜAT
Bizi izləyin

Dünya

“Avto” ləqəbli kriminal avtoritet 14 il həbs cəzası aldı - TƏFƏRRÜAT

Yunanıstan məhkəməsi Rusiyadan qaçan “Avto” ləqəbli kriminal avtoritet Aftandil Yanakovu 14 il azadlıqdan məhrum edib.

Publika.az “newsru.com” saytına istinadən xəbər verir ki, Yanakov Tatarıstan Respublikasında ən təhlükəli cinayətkar qruplaşmalardan birinə rəhbərlik edirdi.

Kazanda “Kvartal” adlı cinayətkar dəstə yaradan Aftandil Yanakovun bir neçə sifarişli qətl törətdiyi bildirilir. Yunanıstanın Salonik şəhər məhkəməsi onun barəsində hökmü hələ bu ilin fevral ayında oxuyub. Tatarıstanın hüquq-mühafizə orqanlar ilə yalnız indi bu informasiyanı təsdiq ediblər.

Yanakov bir neçə qətldə, həmçinin cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etməkdə günahkar hesab olunub.

Aftandil Yanakovun rəhbərlik etdiyi “Kvartal” qruplaşması 1990-cı illərdə Kazan şəhərinin Lenin rayonunda bütün biznesi nəzarət altına almışdı. Qərargahı “Tornado” bilyard klubunda yerləşən qruplaşmanın tərkibinə həmin illər xeyli dəstə daxil olub. Bunun sayəsində “Kvartal” ətrafında minə qədər insanı birləşdirirdi.

“Kvartal”ın ən güclü rəqibləri isə “Jilka” və “Xadi Taktaş” qruplaşmaları idi. Ancaq 2000-ci illərin əvvəllərində bu qruplaşmalar zəiflədi.

“Kvartal” qruplaşmasının adı nəqliyyat vasitələrinin oğurlanması, bahalı xarici avtomobillərin sahiblərinin qətli, narkotik ticarəti, qarət və sifarişli qətllərdə hallanır. Qruplaşmanın üzvləri cəmi bir həftə ərzində 6 bahalı avtomobil sahibini qətl etmişdilər.

2000-ci illərin əvvəllərində “Kvartal”ın üzvləri onun ortağının sifarişi ilə Moskva biznesmenini öldürüblər.

Aftandil Yanakovun özü Kazan Universitetinin hüquq fakültəsini qurtarıb və bacarıqlı rəhbər hesab edilirdi. Yanakov başqa qruplaşmaları öz təsirinə asanlıqla daxil edə bilirdi. Onun rəhbərlik etdiyi qruplaşmanın üzvləri yaş qrupuna görə bir neçə dəstəyə bölünürdü: “qabıq”, "gənclər”, “super” və “böyüklər”.

Aftandil Yanakov “Jilka” və “Sevastopol” qruplaşmaları ilə kriminal müharibələr dövründə iki dəfə sui-qəsdə məruz qalıb. Kriminal avtoriteti ölümdən bir dəfə gülləkeçirməyən jilet xilas edib, digər halda isə özünə sürücü götürdüyü oxşarı qurban olub. Nəticədə qatillər sürücünü öldürüblər, “Avto”nun özü isə sağ qalıb.

17 sentyabr 2008-ci il Tatarıstan Ali Məhkəməsi “Kvartal”ın 20 üzvü barəsində hökm çıxarıb. Onları respublika ərazisində törədilən 70 cinayətdə, həmçinin Moskvada törədilən 17 qətldə günahkar hesab olunublar.

Aftandil Yanakov isə 14 avqust 2009-cu ildə Moskvadan Yunanıstana qaça bilib. Onun Rusiya ilə yanaşı, həm də Yunanıstan vətəndaşlığı var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm