İŞİD-in “xəzinəsi”ndən 6 milyon dollar oğurlayaraq qaçdı
Bizi izləyin

Dünya

İŞİD-in “xəzinəsi”ndən 6 milyon dollar oğurlayaraq qaçdı

İŞİD terror qruplaşmasının Suriyanın Haseke şəhərindəki tunisli əmiri Əbu Fatıma əl-Tunisi qruplaşmanın “xəzinəsi”ndən pul oğurlayaraq qaçıb.

Publika.az xəbər verir ki, kürd xəbər agentliyi “BasNews” yerli mənbələrə istinadən edərək oğurlanan pulun məbləğinin 6 milyon dollar olduğunu yazıb.

Hadisə iyulun 9-da baş verib. İŞİD tunisli əmirin tutulması üçün axtarışlara başlayıb. Eyni zamanda onunla yaxın olan qruplaşmanın üzvləri ilə bağlı araşdırmaların başlandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm