Çad və Nigeriyada terror: 15 ölü
Bizi izləyin

Dünya

Çad və Nigeriyada terror: 15 ölü

Çad və Nigeriyada baş verən intiharçı partlayışlar nəticəsində ən azı 15 adam həlak olub. Çoxsayda xəsarət alanların olduğu bildirilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar arxasında Boko Haram qrupunun olduğu güman edilir. Hərçənd ki, cihadçı təşkilat hadisəyə münasibət bildirməyib.

Çadın paytaxtı Ncamenada partlayış bazarda baş verib. Hücum ən azı 15 adamın ölümünə səbəb olub.

Daha iki partlayış Nigeriyanın Mayduquri şəhərində olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm