“Hizbullah” lideri İsrailin yeganə düşmənini açıqladı
Bizi izləyin

Dünya

“Hizbullah” lideri İsrailin yeganə düşmənini açıqladı

“Hizbullah” lideri Həsən Nəsrullah Livanın paytaxtı Beyrutda təşkil edilən Dünya Qüds Günündə Suriya prezidenti Bəşər Əsədə dəstəyini növbəti dəfə ifadə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Hizbullah” lideri Fələstinin gələcəyinin Suriyadan asılı olduğunu deyib.

Həsən Nəsrullah Suriyada hakimiyyətin devriləcəyi halda Fələstinin də itiriləcəyini bildirib.

Çıxışında İranla əlaqələrinə də toxunan “Hizbullah” lideri Tehranın Fələstinin azadlığı üçün tək ümid olduğunu dilə gətirib: “Buna görə də İranla ancaq dost ola bilərik. İranla düşmənsənsə, eyni zamanda Fələstin və Qüdsün də düşmənisən. İsrailin xarici təhlükə olaraq gördüyü tək dövlət İran İslam Respublikasıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm