Ukraynada qırğın: Kiyevə müharibə elan olunur - VİDEO/FOTO
Bizi izləyin

Dünya

Ukraynada qırğın: Kiyevə müharibə elan olunur - VİDEO/FOTO

Ukraynanın qərbində yerləşən Mukaçevoda pulemyotların və qumbaraatanların tətbiqiylə ağır döyüşlərdən sonra ölkədə qadağan edilmiş "Sağ sektor" ekstremist qruplaşmanın döyüşçüləri dağlara qalxıb. ANS PRESS-in məlumatına görə, milliyyətçi təşkilatın üzvləri ölüləri və yaralıları da özləri ilə götürüb.

Bununla belə, "Sağ sektor" bütün öz döyüşçülərinə döyüş həyəcanını elan edib. Onlar Ukrayna hakimiyyət orqanlarına və qanun qoruyucularına hücum etməyə hazırdır. Bununla da "Sağ sektor" ekstremist qruplaşması öldürülmüş yoldaşlarının qisasını almaq istəyir. Ukrayna Daxili İşlər Nazirliyi ölkənin qərbində baş vermiş atışma zamanı 3 nəfərin öldüyünü daha 5 nəfərin isə yaralandığını bildirərək bunu terakt adlandırıb.


"Sağ sektor" ekstremist qruplaşmanın döyüşçüləri

Prokurorluğun məlumatlarına əsasən, münaqişə "kamuflyaj formasında “Sağ sektor” yazılan 20 silahlı şəxsin yerli kafelərdən birinə hücümündan sonra başlanıb. Hücum edənlər ilə deputat Mixail Lanyonun tərəfdarları və hadisə yerinə cəlb olunmuş milis qüvvələri arasında silahlı toqquşma baş verdiyi bildirilir. Mukaçovo yaxınlığındakı Kiyev-Çop yolunda baş vermiş atışma zamanı üzü maskalı şəxslər avtomat silahlardan və qumbaratanlardan istifadə edib.

“Sağ sektor”un Zakarpat vilayəti üzrə bölməsinin rəhbəri Aleksandr Saçko təşkilatın insidetlə əlaqəli olduğunu təsdiqləyib. Onun sözlərinə görə, milis əməkdaşları xəbərdarlıq etmədən təşkilatın üzvlərini atəşə tutub.



DİN rəhbərinin digər müşaviri Anton Qeraşenko atəş açan silahlılardan 3 nəfərin öldüyünü bildirib. “Məlumata görə, 3 silahlı öldürülüb, beş cinayətkar yaralanıb. Qalanları isə, meyitləri və yaralıları özləri ilə apararaq, meşə zolağına çəkiliblər. Təslim olmaq tələbinə əməl olunmazsa, güc tətbiq olunacaq və cinayətkarlar məhv ediləcək”, deyə Şkiryak bildirib.

Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Yelena Qitlyandskaya cinayət işinin başlandığını və əməliyyat qərargahının yaradıldığını bildirib. Hadisə yerinə xüsusi təyinatlı dəstə göndərilib.

Hadisə ilə bağlı rəy bildirən ölkə başçısı Pyotr Poroşenko güc strukturlarına ekstremistlərlə bağlı tədbir görməyi tapşırdığını qeyd edib.








Mukaçevo terakdan sonra

Oxumağa davam et
Reklam
Reklam

Gündəm