• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

DİQQƏT - Təbii tullantıdan pivə hazırlayacaqlar

  • Dünya
  • 12 İyul 2015 10:15
  • 516 Baxış
DİQQƏT - Təbii tullantıdan pivə hazırlayacaqlar

Danimarkada musiqi festivalının qonaqlarına onların öz sidiklərindən hazırlanmış pivə içirdəcəklər.

Publika.az xəbər verir ki, festivalın təşkilatçıları bu layihənin həyata keçirilməsində 100 min adamın köməyinə ümid edirlər. Belə ki, bu qədər insanın olması 25 min litr “təbii pivə” bişirilməsinə kifayət edəcək.

Yığılan sidik pivə bişirilməsində arpanın qıcqırdılması prosesində gübrə kimi istifadə olunacaq.

Təşkilatçılar layihəni “From P*ss to Pilsner” (“Sidikdən pivəyə”) adlandırıblar.

Roskill şəhərində keçirilən ənənəvi musiqi festivalının qonaqları xüsusi danimarka resepti ilə hazırlanmış bu pivəni 2017-ci ildə dadacaqlar.

Qeyd olunur ki, bu təşəbbüs ətraf mühitə müsbət təsir göstərilməsi, həmçinin təbii tullantıların yığımı və utilizasiyasına yanaşmanı dəyişmək məqsədi daşıyır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR