Qocalar evində yanğın - 8 ölü, 11 yaralı
Bizi izləyin

Dünya

Qocalar evində yanğın - 8 ölü, 11 yaralı

Şənbə gününə keçən gecə İspaniyanın Saraqosa şəhərindəki qocalar evində yanğın baş verib. Hadisə nəticəsində ən azı 8 nəfər həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, polisin məlumatına görə, insanların ölümünə dəm qazından zəhərlənmə səbəb olub.

Yanğın nəticəsində daha 11 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə baş verən zaman binada 19 nəfər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm