Simferopolda aksiyalar: Rusiyaya birləşməyin lehinə və əleyhinə
Bizi izləyin

Dünya

Simferopolda aksiyalar: Rusiyaya birləşməyin lehinə və əleyhinə

Simferopolda aksiyalar: Rusiyaya birləşməyin lehinə və əleyhinə

Publika.Az BBC-yə istinadən xəbər verir ki, bazar günü Simferopolun mərkəzində keçən sayca və mənəviyyatca tamamılə müxtəlif mitinqləri bir şey birləşdirirdi: təhlükə hissi.

Bir neçə min nəfər tərəfindən Krımın Rusiyanın tərkibinə daxil olması referendumu dəstəklənən Lenin meydanında təhlükə ondan irəli gəlir ki, orada yeni hakimiyyətə qeyri-loyallıq, qərb müxbiri olduğun və ya sadəcə “özünü müdafiə döyüşçülərindən” birinin xoşuna gəlmədiyin üçün döyülə bilərdin.

Taras Şevçenko adına parkda referendum əleyhinə mitinqdə kazaklar və drujinnik qolbağı ilə adam yox idi, lakin ətrafda vahid Ukrayna tərəfdarlarına qarşı öz mənfi münasibətlərini gizlətməyən və bunu sözlə yox, işlə sübut etməyə hazır olan gənclərdən ibarət qruplar veyllənirdi.

Kimdən müdafiə etmək?

Onlardan bəziləri hətta izdiham içinə soxulmağa cəhd edib, lakin bir neçə yüz nümayişçilərə və onlara keşik çəkən milisionerlərə qarşı çıxmağa cürət etməyiblər – hərçənd hamının əsəblərini korlayıblar.

“Mən atam tərəfdən rusam, anam tərəfdən – ukraynalı. Belə çıxır ki, onların arasında seçməliyəm? Mən və ailəmizin bir neçə nəsli artıq çox illərdir Krımda yaşayırıq, və birdən bir yad dayı məni müdafiə etmək qərarına gəlib. Kimdən? Məni məhz onun özündən müdafiə etmək lazımdı, və mən beynəlxalq aləmdən bunu xahiş edirəm”, - mitinqdə iştirak edən bir qız deyib.

crimea_simferopol_ukrainian_rally

Krımın ayrılmasına qarşı olanlar Rusiyanın müdafiəsinə ehtiyac olmadığını deyirlər. Krım paytaxtında Ukrayna nitqini nadir hallarda eşitmək olar, həmsöhbətimiz isə, əksinə, rus dilinə keçmək istəmirdi – deyirdi ki, Rusiyaya görə xəcalət çəkir.

Ölkənin parçalanmasına yol verməmək haqda qəti çağırışlar səsləndiyinə baxmayaraq, çoxlarının gözləri yaşarmışdı, üzlərində isə çarəsizlik oxunurdu.Bu zaman küçədən sürətlə ucadan siqnal verə-verə üstündə Rusiya bayraqları ilə avtomaşın qatarları keçirdi.

Və ötən gün olduğu kimi, Krım ərazisində Rusiya hərbi birləşməsinin sayının daha da artması və Ukrayna hərbi hissələrinin istila edilməsi haqqında məlumatlar daxil olurdu.

crimea_simferopol_ukrainian_rally

Krımın Ukrayna tərkibində saxlanmasının tərəfdarları Şevçenkonun heykəli yanında toplaşıblar

crimea_simferopol_rus_rally

Simferopolda Rusiya tərəfdarlarının nümayişi

crimea_simferopol_cars

Rusiyaya birləşmək tərəfdarları avtomobil yürüşü təşkil ediblər

crimea_simferopol_russian_dance

Rusiyameyyli aksiyz iştirakçılarını nəğmə və rəqslə əyləndiriblər

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm