“Sağ sektor” Kiyevdə blokpost qoyub
Bizi izləyin

Dünya

“Sağ sektor” Kiyevdə blokpost qoyub

Ukraynanın “Sağ sektor” təşkilatı Kiyevdə blokpost qoyub.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, “Akademiya şəhərciyi” ərazisində qoyulan blokpost paytaxta hərbi texnikanın girişinə mane olmaq məqsədi daşıyır.

Məlumata görə, blokpost ərazisində döyüşçülər yığılır. Qeyd edək ki, Ukraynanın qərbində yerləşən Mukaçevoda pulemyotların vəvqumbaraatanların tətbiqiylə ağır döyüşlərdən sonra”Sağ sektor”un döyüşçüləri bütün ölkə ərazisində fəallaşıblar. Prokurorluğun məlumatlarına əsasən, münaqişə kamuflyaj formasında “Sağ sektor” yazılan 20 silahlı şəxsin yerli kafelərdən birinə hücümündan sonra başlanıb. Mukaçevo yaxınlığındakı Kiyev-Çop yolunda baş vermiş atışma zamanı üzü maskalı şəxslər avtomat silahlardan və qumbaratanlardan istifadə edib.

Qarşıdurma nəticəsində 3 silahlı öldürülüb, beşi yaralanıb. Qalanları isə meyitləri və yaralıları özləri ilə apararaq, meşə zolağına çəkiliblər.

“Sağ sektor”un tərəfdarları dünən və bu gün Ukraynanın Dnepropetrovsk, Lvov, Poltava, Xerson, Ternopol və digər şəhərlərində etiraz aksiyaları keçirib. Hakimiyyətin siyasətinə etirazını bildirən “Sağ sektor” tərəfdarları daxili işlər naziri Arsen Avakovun, həmçinin Daxili İşlər Nazirliyinin silahlı qarşıdurmanın baş verdiyi Zakarpatya vilayətinin yerli rəhbərliyinin istefasını tələb ediblər.

Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Vitali Malikov Mukaçevoda keçirdiyi brifinqdə bildirib ki, əgər “Sağ sektor”un döyüşçüləri yaxın vaxtlarda təslim olmasa, onları həbs etməyə başlayacaqlar.

Vitali Malikov “Sağ sektor”un döyüşçülərinin olduğu yeri dəqiqləşdirməyib. O, qeyd edib ki, bu məxfi informasiyadır.

Son məlumata görə, “Sağ sektor” lideri, Ali Radanın deputatı Dmitri Yaroş Mukaçevoda baş verən hadisələrlə bağlı prezident Pyotr Poroşenko və Təhlükəsizlik Xidmətinin başçısı ilə birbaşa danışıqlar aparır. Təşkilatın ictimai-siyasi fəaliyyəti üzrə müavini Andrey Tarsenko qarşıdurmada iştirak edən döyüşçülərinin hazırda dağlarda olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm