• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ömər Şərif Qahirədə dəfn olunub

  • Dünya
  • 12 İyul 2015 22:34
  • 281 Baxış
Ömər Şərif Qahirədə dəfn olunub

Məşhur Misir aktyoru Ömər Şərif Qahirədə dəfn olunub.

83 yaşında miokard infarktından vəfat edən əfsanəvi aktyorun vida mərasimi marşal Hüseyn Tantavi adına məsciddə keçirilib. Matəm mərasimində mərhumun dostları və Misirin bir sıra tanınmış kinoaktyorları iştirak edib.

Ömər Şərif “Ərəbistanlı Lourens” (1962), “Həkim Jivaqo” (1965), “Məzəli qız” (1968) filmlərində çəkildiyi rolları ilə məşhurlaşıb. “Şərif Əli” və “Yuri Jivaqo” rollarına görə “Qızıl qlobus” mükafatına layiq görülüb. Məşhur aktyor 2003-cü ildə dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə Venesiya kinofestivalının “Qızıl şir” mükafatına da sahib olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR