Suriya müxalifəti türk lirəsinə keçdi
Bizi izləyin

Dünya

Suriya müxalifəti türk lirəsinə keçdi

Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalif qruplar “Daxili İşlər Nazirliyi” yaradıb.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, nazirlik pasportlara möhür vuracaq, əlində saxladığı ərazilərdəki TIR-ların hərəkətinə nəzarət edəcək və gömrük xidməti yerinə yetirəcək.

Bəşər Əsədin atası Hafiz Əsədin şəklinin olduğu Suriya pulu artıq müxalifətin nəzarət etdiyi bölgələrdə istifadə edilmir. Hətta bu puldan istifadə edənlərə “xain” damğası vurulur. Məlumata görə, Suriya müxalifəti Suriya pulunu türk lirəsi ilə əvəz edib.

İsrailin “Haaretz” nəşrinin yazdığına görə, Türkiyə və ABŞ-dan dəstək alan mülayim müxalifətin qurduğu bu sistem uğurlu olsa, “azad edilmiş” bütün bölgələrdə tətbiq oluncaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm