“Sağ sektor” Donbasdakı döyüş mövqelərini tərk edir
Bizi izləyin

Dünya

“Sağ sektor” Donbasdakı döyüş mövqelərini tərk edir

Ukraynanın ultrasağ “Sağ sektor” təşkilatının döyüşçüləri Donbas hövzəsindəki mövqelərini tərk edirlər.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Qromadske. TV”yə açıqlamasında “Sağ sektor”un batalyonlardan birinin komandiri Çernıy bildirib.

Onun sözlərinə görə, döyüş mövqelərini tərk etmək barədə əmr “Sağ sektor”un lideri, xalq deputatı Dmitri Yaroş tərəfindən verilib. Lakin o, əmrin hansı səbəbdən verildiyini dəqiqləşdirməyib.

Dmitri Yaroşun hazırda Zakarpatya vilayətində olduğu bildirilir. O, Mukaçevoda hüquq-mühafizə orqanları və “Sağ sektor”un döyüşçüləri arasında baş vermiş münaqişəni nizama salmağa çalışır.

Qeyd edək ki, Ukraynanın qərbində yerləşən Mukaçevoda pulemyotlar və qumbaraatanların tətbiqi ilə hüquq-mühafizə orqanları və “Sağ sektor”un döyüşçüləri arasında qarşıdurma olub. Münaqişənin formasında “Sağ sektor” yazılan 20-yə qədər silahlı şəxsin yerli kafelərdən birinə hücumdan sonra başlandığı deyilir. Qarşıdurma nəticəsində “Sağ sektor”un döyüşçülərindən 3-ü öldürülüb, 5-i yaralanıb. Qalanları isə meyitləri və yaralıları götürərək meşə zolağına çəkiliblər.

Son məlumatlara görə, “Sağ sektor” lideri, Ali Radanın deputatı Dmitri Yaroş Mukaçevoda baş verən hadisələrlə bağlı prezident Pyotr Poroşenko və Təhlükəsizlik Xidmətinin başçısı ilə birbaşa danışıqlar aparıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm