Yunanıstana dair Aİ sammiti təxirə salınıb
Bizi izləyin

Dünya

Yunanıstana dair Aİ sammiti təxirə salınıb

Avropa Şurasının sədri Donald Task bazar gününə təyin olunmuş Avropa İttifaqı (Aİ) sammitinin təxirə salındığını bildirib.

Publika.az xəbər verir ki, Donald Task Twitter səhifəsində yazıb kı, bazar günü avrozonaya daxil 19 ölkənin liderlərinin görüşü Yunanıstana dair danışıqlar başa çatmayana qədər davam edəcək.

Avrozona ölkələri Yunanıstana yeni maliyyə yardımının verilməsi və ya ölkənin avrozonadan xaric edilməsi barədə yekun qərar verməlidirlər.

Şənbə günü gecə Yunanıstan parlamenti ölkəyə yeni maliyyə yardımının verilməsi üçün Alexis Tsipras hökumətinin təqdim etdiyi iqtisadi islahatlar planını dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm