Girovlar azad edildi, əməliyyat davam edir – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Girovlar azad edildi, əməliyyat davam edir – SON DƏQİQƏ

Mağazada girov saxlanılanlar heç bir itki olmadan xüsusi təyinatlılar tərəfindən azad edilib. Hazırda 3 silahlı şəxsin tutulması üçün əməliyyat keçirilir. Silahlılardan birinin mağaza əməkdaşı olduğu bildirilir.

“Le Figaro”nun xəbərinə görə, hadisə mağaza işçilərindən birinin dostuna yazdığı mesajla ortaya çıxıb.

***

Fransanın paytaxtı Parisdə növbəti girov böhranı yaşanır.

Publika.az AFR agentliyinə istinadən xəbər verir ki, paytaxtın şimal hissəsində yerləşən “The Primark” adlı mağazaya daxil olan silahlı şəxslər 10 nəfəri girov götürüblər.

Silahlıların barrikada quraraq təhlükəsizlik güclərinin içəri daxil olmasına maneə törətdiyi bildirilir. “Russia Today” isə hadisənin bir qarət cəhdi olduğunu bildirib.

Fransa mediası silahlıların sayının 2, yaxud da 3 nəfər olduğunu xəbər verib. Girovların hamısı isə mağazada çalışanlardır.

Hadisədə ölənlər və ya yaralananların olub-olmadığı məlum deyil. Silahlıların öz tələblərini hələlik açıqlamadığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm