Şok: ana bətnindəki uşağın qiyməti 15 min dollardan başlayır
Bizi izləyin

Dünya

Şok: ana bətnindəki uşağın qiyməti 15 min dollardan başlayır

Türkiyədə internetdəki bəzi saytlar və bloqlar üzərindən həyata keçirilən uşaq ticarətinin miqyası getdikcə artır.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Ailə və Sosial Siyasətlər Nazirliyi şikayətlər əsasında uşaq ticarəti ilə məşğul olan sayt və bloqlara qarşı mübarizəyə başlasa da, nazirliyin işi lazımi nəticəni vermir.

Nəşrin əməkdaşı Neslihan Öndərin xəbərinə görə, ana bətnində olan uşaqlarla bağlı sövdələşmə belə 40 min lirədən (təxminən 15 min dollar) başlayır. Evlilikdən kənar hamilə qaldığı üçün uşaqlarını istəməyən və yaxud da onlara baxa bilməyəcəyini bildirən analar email ünvanı və telefon nömrəsini qoyaraq alıcı gözləyirlər.

Kahramanmaraşdan olan 26 yaşında gənc qadın üç uşaq anasıdır. O, hələ bətnindəki oğlan uşağını 40 min lirədən satışa çıxarıb. Qadın uşağı onu övladlığa götürəcək şəxsin şəxsiyyət vəsiqəsi ilə dünyaya gətirə biləcəyini qeyd edir.

Ömür Bebek adlı internet istifadəçisi isə 39 həftəlik hamilədir. İnternetdə “26 həftəlik hamiləyəm, yoldaşım məni tərk etdi”, “Mən İstanbuldan Fulya. İki illik evliyəm. Hazırda 4 aylıq hamiləyəm. Uşağa baxa bilməyəcəyəmi düşünürəm və ona namuslu bir ailə axtarıram”, “Evlilikdən kənar hamilə qaldım. Doğulacaq əkiz uşaqlarımı övladlığa vermək istəyirəm” və digər bu kimi yüzlərlə elana rast gəlmək mümkündür.

Hüquqçu Qadınlar Platformasının rəhbəri vəkil Figen Şaşdım internet üzərindən həyata keçirilən uşaq ticarətinin heç bir hüquqi əsasının olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu fəaliyyət üçün qanunvericilikdə həbs cəzası da daxil olmaqla bir çox cəzalar nəzərdə tutulub. Vəkil yalnız sayt və bloqların bağlanılmasının kifayət etmədiyini, onları yaradanların da cinayət məsuliyyətinə cəlb edilməli olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm