Növbəti erməni vəhşiliyi
Bizi izləyin

Dünya

Növbəti erməni vəhşiliyi

Moskvada anası ilə yaşayan Vaqram Ayvazyanın keçən həftə pəncərədən atdığı məktəbli qız vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, erməni əsilli kişinin 6-cı mərtəbədən yerə atdığı 16 yaşlı qız xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirmişdi. Pəncərədən atılan qız bu gün gecə saatlarında canını tapşırıb.

Ayvazyan ev yiyəsinin qızıyla yanaşı, onun itini də tullayıb. Ayvazyana adam öldürmə və heyvanlarla qəddar davranma barəsində cinayət işi qaldırılıb.

Qeyd edək ki, hadisə ayın 6-da baş verib. Pəncərədən atılan qızı evin qarşısındakı otların üzərində tapıblar. Tezliklə qızın anasının birgə yaşadığı kişini həbs ediblər. Kişi içkili olduğu üçün törətdiyi hərəkəti izah edə bilməyib.

Polis onun barəsində cinayət işi qaldıraraq tədqiqatları davam etdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm