Britaniyadan Kremlin ideoloquna ağır zərbə
Bizi izləyin

Dünya

Britaniyadan Kremlin ideoloquna ağır zərbə

Böyük Britaniya Maliyyə Nazirliyi Rusiya dövlətinə məxsus “Rusiya bu gün” (“Rossiya seqodnya”) beynəlxalq agentliyinin “Barclay's” bankındakı hesabını bağlayıb.

Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, bankın əməkdaşı hesabın bağlanmasının səbəbini açıqlamayıb.

“Rusiya bu gün” informasiya agentliyi 2013-cü ilin sonunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə yaranıb. Agentliyin baş direktoru isə məşhur rusiyalı jurnalist Dmitriy Kiselyov təyin olunub. Kiselyov hazırda Kremlin əsas ideoloqlarından biri hesab olunur.

Britaniya Maliyyə Nazirliyinin qərarına sərt reaksiya verən Kiselyov agentliyin maliyyə hesabının bağlanmasını senzura kimi qiymətləndirib.

Xatırladaq ki, Dmitri Kiselyov Krım hadisələri ilə əlaqədar 2014-cü ilin martında Avropa Birliyinin sanksiyaları siyahısına daxil edilib. Bundan daha əvvəl isə Kiselyov Rusiyanın nüvə potensialından danışaraq ABŞ-ı radioaktiv külə çevirməklə hədələyib.

“Rusiya bu gün” agentliyinin maliyyə hesabları iyunun ortalarında Fransada həbs edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm