İŞİD-in “ölü” lideri “dirildi”
Bizi izləyin

Dünya

İŞİD-in “ölü” lideri “dirildi”

İŞİD-in Əfqanıstan və Pakistan üzrə bir nömrəli adamı, öldüyü deyilən Hafiz Səyidin müraciəti terrorçu təşkilata aid internet səhifəsində yayılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən müraciət Hafiz Səyidin ölməsi barədə yayılan məlumatları alt-üst edib.

Xatırladaq ki, bir müddət öncə Əfqanıstanın Kəşfiyyat İdarəsi tərəfindən yayılan yazılı bəyanatda qeyd olunurdu ki, İŞİD-in Xorasan şəhəri adlandırdığı Əfqanıstan və Pakistan ərazilərində təşkilatın lideri olan Hafiz Səyid hava hücumu zamanı öldürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm