Rusiya ukraynalı pilota 25 il həbs cəzası verəcək
Bizi izləyin

Dünya

Rusiya ukraynalı pilota 25 il həbs cəzası verəcək

Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko 25 il azadlıqdan məhrum oluna bilər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

Onun sözlərinə görə, ukraynalı pilot mülki şəxslərin ölümündə müqəssir sayılır.

“Savçenko Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə ittiham olunur. Bu maddə ömürlük azadlıqdan məhrum edilməni nəzərdə tutur. Ancaq Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq qadınlar ömürlük azadlıqdan məhrum olunmur. Beləliklə, Savçenkonu azadlıqdan məhrum edilmənin maksimal müddəti, yəni 25 il həbs cəzası gözləyir”, - Markin deyib.

Xatırladaq ki, N.Savçenko ötən ilin iyun ayının ortalarında Ukraynanın şərqində tutulub. Sonra isə məlum olub ki, pilot Rusiyada həbsdədir. Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb.

Savçenkonun namizədliyi 2014-cü il 26 oktyabrda Ali Radaya keçirilən seçkilərdə “Batkivşina” Partiyasından irəli sürülüb və o, xalq deputatı seçilib. Ali Rada onun adını Avropa Şurası Parlament Assmbleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm