İran və “altılıq” razılaşmaya nail oldu – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

İran və “altılıq” razılaşmaya nail oldu – SON DƏQİQƏ

İran və "altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) nüvə danışıqlarında razılaşmaya nail olub.

Publika.az xəbər verir ki, bu barədə SİTA agentliyinə avropalı diplomat bildirib.

Adının çəkilməsini istəməyən diplomatın sözlərinə görə, tərəflər Vyanada keçirilən danışıqların nəticəsini yaxın saatlarda elan edəcəklər. İran və “altılıq” arasında final plenar iclas yerli vaxtla saat 11:30-da başlayacaq.

Həmin mənbə daha əvvəl bildirib ki, Avropa Birliyi ilin sonuna kimi İrana qarşı sanksiyaları donduracaq. O qeyd edib ki, İranın nüvə proqramında hərbi istiqamətli məsələlərinin aydınlaşdırılması sanksiyaların ləğvi üçün şərt hesab olunacaq. Mənbənin sözlərinə görə, bu, İranın “altılıq” razılaşmasının qaralamasında da əksini tapıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm