İŞİD Türkiyəni təhdid etdi:“Fərqli bir səhifə açılacaq”
Bizi izləyin

Dünya

İŞİD Türkiyəni təhdid etdi:“Fərqli bir səhifə açılacaq”

İŞİD terror qruplaşması son günlərdə Türkiyənin müxtəlif bölgələrində tərəfdarlarına qarşı əməliyyatlar həyata keçirən Türkiyəni təhdid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD təhdid açıqlamasını ona yaxın olan bir internet saytı vasitəsilə yayıb.

“Türkiyə dövləti öz ərazisində müsəlmanların internet saytlarımıza daxil olmasına icazə vermir. Son zamanlar Türkiyə dövlətinin müsəlmanlara qarşı təzyiqləri açıq şəkildə hiss edilir. İstər mühacir qardaşlarımızın tutulması, istərsə də Türkiyə vətəndaşı olan müsəlmanların həbs olunması və son olaraq mətbuat azadlığımızın məhdudlaşdırılması Türkiyə dövlətinin müsəlmanlara düşmən olduğunu göstərir. Bu vaxta kimi Türkiyəyə heç bir hücum etməyən və heç bir şəkildə zərər verməyən müsəlmanların azadlıqlarının məhdudlaşdırılması davam etsə, müsəlmanların buna cavab verə biləcəyini unutmasınlar. Bu təzyiq və maneələr davam edərsə, Türkiyə dövləti ilə başqa bir səhifə açacağımızı bildiririk”, - İŞİD-in təhdid açıqlamasında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm