"İtaliya yox ola bilər" - İDDİA
Bizi izləyin

Dünya

"İtaliya yox ola bilər" - İDDİA

"İtaliya yox ola bilər"

İtaliyada, keçən il fevral ayında ilk dəfə qatıldıqları ümumi seçkilərdə seçicilərin 25 faizinin səssini alaraq ölkənin üçüncü böyük partiyası olan Beş Ulduz Hərəkatının lideri Beppe Grillonun, İtalyanın artıq Romadan idarə oluna bilməyəcəyini və bölünməsi lazım olduğunu söyləməsi ölkədə qarışıqlıq yaratdı.

Publika.Az CNN-ə istinadən xəbər verir ki, siyasətçilərin baş bəlası bir komediyaçı olan Grillo qurduğu Beş Ulduz Hərəkatı ilə klassik siyasətçilərə qarşı olan səsləri alıb. O, tünd, sərt müxalifətçiliklə diqqətləri üzərinə çəkməyə davram edir. Parlamentə 163 üzv verməsinə rəğmən özü parlamentə girmək istəməyən qeyri-adi liderin son etdiyi çıxış, ölkədə əks-sədo doğurub.

66 yaşlı həcv ustası Grillo, müvəffəqiyyətlə istifadə etdiyi və özünü hakimiyyətin zirvəsinə daşımaqda olan ünsürlərin başında gələn internetdəki bloqunda "Bəs sabah..." başlığıyla bir yazı dərc edib. Ölkənin, mənfəətçi siyasətçilərin xeyrinə Romadan idarə olunmasından gileylənərək "Dövlət, alçaqcasına şəxsi mənafeləri üçün işləyənlərin kolleksiyaçısı oldu və partiya liderlərinin aşnaları tərəfindən idarə olunur. Qısacası İtaliyanın artıq Romadan idarə oluna bilməyəcəyi aşkardır" fikirlərinə yer verən Grillo, italyanları "təlxək" kimi səciyyələndirib, ölkənin fərqli bölgələrindəki dil ,ləhcə, mədəniyyət fərqliliklərinin vurğulayarq "Artıq birlikdə olmamızın bir səbəbi yoxdur" deyə bildirib.

O, İtaliyanı dəyişmək üçün isə müstəqil administrasiyalar və makro səviyyədə funksional bölgələrə bölmək lazım olduğuna işarə edən 88 yaşlı prezident Corcio Napolitano və ölkə tarixinin ən gənc baş naziri olaraq keçdiyimiz günlərdə vəzifəyə başlayan 39 yaşlı Matteo Renziyə də ilişib. Grillo, "90 yaşlı qoca, millətin taleyinə qərar verir. Xəcalətgətirici qazan satıcısı olan biri isə baş nazirlik ədaları edir" deyərək, kağızdan qalaya bənzər qanunlar və dırnaqarası təşkilatlarla İtalyanın yox ola biləcəyini iddia edib.

Venesiya Respublikası və İki Siciliysa Krallığı kimi şəhər dövlətləri və krallıqların yenidən dirçəldilməsinin lazım olduğunu sözlərinə əlavə edərək rişxənd edən Grillo qeyd edib ki, "Venesiyalılar, genuyalılar,triestlilər, sardiniyalılar, sicilyalılar və lombardiyalılar, artıq demokratiyası yox olmuş bir ölkədə yaşamağa ehtiyac hiss etməsələr, kimsə təəccüblənməməlidir" .

Grillo 1861-ci ildə İtalyan birliyi böyük nisbətdə təmin edilmədən çox əvvəlki, 1494-cü ilə aid bir xəritəni də bu yazıyla birlikdə paylaşıb. "Cənubu şimalıyla bərabər bu İtaliyanı daha saxlaya bilmərik" deyən və italyan mətbuatın tərəfindən təxribatda günahlandırılan Grillo, gələn reaksiyalar üzərinə isə "Bəs bu gün..." başlıqlı ikinci bir yazı dərc edərək, "Bir mərkəzdən idarə olunmamağı istəmək, bölünmə istəmək mənasını verməz. Mən bölünməyi deyil, 5 makro bölgəyə söykənən bir federal dövləti nəzərdə tutdum" deyib.

Grillonun təklifi, federalist və regionalçı siyasi partiya olan Şimal Liqasında (Lega Nord) həyəcan yaradıb. Siyasi proqramı, şimal bölgələri lehinə ölkənin federal bir quruluşa çevrilməsi (Padanya adıyla) olan partiyanın baş katibi Matteo Salvini, "Ümid edirik Grillo çətin vəziyyətdə olduğu üçün bunları söyləyib. Bunlar yalnız sözdə qalmasa birgə mübarizə apara bilərik. Aramıza xoş gəldin Grillo" bəyanatı verib.

Grillonun seçkidən qabaq Avro əleyhdarı və hökumətin immiqrantlarla bağlı siyasətlərini tənqid edən ifadələrini də xatırladan Salvini, "Ümid edirəm Grillo, bunlarla əlaqədar söylədikləri kimi, federal quruluş ifadəsindən də geri addım atmaz. Bu mövzuda bizə əl uzatsa, bizi kimsə dayandıra bilməz" dedi.

Şimal Liqası, varlı şimalın, ölkə gəlirinin böyük qisimini təmin etdiyini və cənubun geri qalmış bölgələrini bəslədiyini iddia edərək, şimalın vergilərinin Romadakı hökumət tərəfindən israf edilməsinə qarşı çıxdığı üçün federal bir quruluşu müdafiə edir.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm