Rusiya İrana “S-300” raketləri almağı təklif etdi
Bizi izləyin

Dünya

Rusiya İrana “S-300” raketləri almağı təklif etdi

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç İran hökumətini “S-300” zenit raket kompleksini almaq üçün rəsmi Moskva ilə yeni sənəd imzalamağa çağırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Aleksandr Lukaşeviç deyib ki, artıq Rusiya İrana “S-300” raketlərinin satılması ilə bağlı qadağanı ləğv edib: “İndi İran Rusiyadan silah almaq üçün yeni sənəd imzalamalıdır”.

Xatırladaq ki, İran bir neçə il öncə Rusiyadan “S-300” raketləri alsa da, BMT-nin rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbi ilə təhvil ala bilməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm