• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Medvedev: “Putin Ukraynanın Əfqanıstana çevrilməsini istəyir”

  • Dünya
  • 14 İyul 2015 20:56
  • 1 885 Baxış
Medvedev: “Putin Ukraynanın Əfqanıstana çevrilməsini istəyir”

Ukraynanın “Sağ sektor” təşkilatı Ukraynanı 1990-cı illərin Əfqanıstana çevirmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ştatdankənar məsləhətçisi Oleq Medvedev “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Mukaçevo şəhərində milislə döyüşən “Sağ sektor”un döyüşçüləri Ukraynada vəziyyətin daha da gərginləşdirməyə can atırlar.

“Sağ sektor” hesab edir ki, kimlərdən xoşu gəlmirsə, onları silahın köməyi ilə başa salmaq hüququna malikdir. Cəbhə xəttindən min kilometrlərlə uzaqda silahlıların yollarda dayanması və avtomobilləri yoxlaması nəyə lazımdır? “Sağ sektor” cəbhə xəttindən min kilometrlərlə uzaqda özbaşına blokpostlar qurur”, - prezidenti Pyotr Poroşenkonun məsləhətçisi bildirib.

Onun sözlərinə görə, “Sağ sektor”un hərəkətlərini Rusiya prezidenti Vladimir Putin də bəyənir: “Sağ sektor” Ukraynanı 1990-cı illərin Əfqanıstanına çevirmək istəyir. Belə bir Ukraynanı isə məhz Putin görmək istəyir”.

Xatırladaq ki, iyunun 11-də Ukraynanın qərbində yerləşən Mukaçevoda pulemyotlar və qumbaraatanların tətbiqi ilə hüquq-mühafizə orqanları və “Sağ sektor”un döyüşçüləri arasında qarşıdurma olub. Münaqişənin formasında “Sağ sektor” yazılan 20-yə qədər silahlı şəxsin yerli kafelərdən birinə hücumdan sonra başlandığı deyilir. Qarşıdurma nəticəsində “Sağ sektor”un döyüşçülərindən 3-ü öldürülüb, 5-i yaralanıb. Qalanları isə meyitləri və yaralıları götürərək meşə zolağına çəkiliblər.

“Sağ sektor”un tərəfdarları Ukraynanın Kiyev, Dnepropetrovsk, Lvov, Poltava, Xerson, Ternopol və digər şəhərlərində müddətsiz etiraz aksiyalarına başlayıblar. Hakimiyyətin siyasətinə etirazını bildirən “Sağ sektor” tərəfdarları daxili işlər naziri Arsen Avakovun, həmçinin Daxili İşlər Nazirliyinin silahlı qarşıdurmanın baş verdiyi Zakarpatya vilayətinin yerli rəhbərliyinin istefasını tələb edirlər.

“Sağ sektor” bununla da kifayətlənməyib öz batalyonlarını Kiyevə göndərə biləcəyini bildirib. Təşkilatın mətbuat katibi Artyom Skoropadski hakimiyyəti hədələyib ki, “Sağ sektor” ehtiyac olduğu halda ölkənin istənilən nöqtəsinə, həmçinin Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinə öz batalyonlarını göndərə bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR