İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıb
Bizi izləyin

Dünya

İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıb

Ermənistanda elektrik enerjisi tariflərinin artmasına etiraz edən “Talana yox” vətəndaş hərəkatının fəalları İrəvanda iki mərkəzi küçəsinin kəsişməsində oturaq aksiya keçirir.

Trend-in Erm'nistan KIV-nə istinadən məlumata görə, etirazçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı tələb edirlər.

“Prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik”, deyə fəallardan biri Maksim Sarkisyan bildirib.

Qeyd edək ki, iyunun 19-da İrəvanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm