Netanyahu: “Bu puldan İsrailin məhv edilməsi üçün istifadə olunacaq”
Bizi izləyin

Dünya

Netanyahu: “Bu puldan İsrailin məhv edilməsi üçün istifadə olunacaq”

İsrailin baş naziri Benyamin Netanyahu İranın “altılıq”la (Rusiya, Çin, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ) nüvə razılaşmasını “heyrətləndirici tarixi səhv" adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi bildirib.

Onun sözlərinə görə, bağlanmış saziş belə Tehranın “Hizbullah” və HƏMAS kimi təşkilatların İsrail əleyhinə hərəkətlərinə dəstəyini məhdudlaşdırmır. Bundan başqa, baş nazir hesab edir ki, İranda nüvə silahının yaradılması imkanları qalacaq və iqtisadi sanksiyaların ləğvindən sonra qazanılan pul İsrailin məhv edilməsi üçün xərclənəcək.

Netanyahu bildirib ki, Təl-Əviv özünü bu sazişə bağlı hesab etməyəcək və müdafiə hüququnu özündə saxlayacaq. O, həmçinin xatırladıb ki, 10 iyulda ABŞ və İsrail bayraqlarının yandırıldığı paradda İran prezidenti Həsən Ruhani də iştirak edirdi.

Bundan əvvəl isə İsrailin xarici işlər nazirinin müavini Sipi Xotoveli söz verib ki, Təl-Əviv sazişin ABŞ Konqresindən keçməməsi üçün səy göstərəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm