ABŞ özünü dünya lideri elan etdi – bu dəfə kosmosda
Bizi izləyin

Dünya

ABŞ özünü dünya lideri elan etdi – bu dəfə kosmosda

ABŞ prezidentinin elm və texnologiyalar üzrə məsləhətçisi Con Xoldren ölkəsini kosmosda dünya lideri adlandırıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Amerika Milli Kosmik Agentliyinin (NASA) New Horizons missiyasının fəaliyyətinə həsr edilmiş toplantısında bildirib.

“NASA-nın son nailiyyəti məni vəcdə gətirir. Bu hadisə kosmosda ABŞ-ın dünya liderliyini növbəti dəfə göstərdi”, - Xoldren deyib.

O əlavə edib ki, ABŞ kosmosda bir çox tədqiqatları uğurla başa çatdırıb. Prezidentin məsləhətçisi nümunə olaraq Günəş sistemindən kənar planetlərin axtarışı üçün nəzərdə tutulan kosmik rəsədxana və DSCOVR (kosmik hava və Yer kürəsinin atmosferinin müşahidəsi üçün nəzərdə tutulub) peyki ilə bağlı missiyaları göstərib.

Qeyd edək ki, Pluton və onun ən böyük peykinin tədqiqatına həsr edilmiş New Horizons missiyasının həyata keçirilməsinə NASA-nın xərcləri 600 milyon dollar təşkil edib. New Horizons kosmik zondunun özü 19 yanvar 2006-cı ildə kosmosa buraxılıb və 14 iyul 2015-ci il tarixində saniyədə 14 km sürətlə Pluton planeti yaxınlığından keçib. New Horizons aparatının 2,370 km diametri olan Pluton planetinin yaxınlığından uçması kosmosun fəthi tarixində əlamətdar an sayılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm