Cadugərliyə görə bir ailə tikə-tikə edildi
Bizi izləyin

Dünya

Cadugərliyə görə bir ailə tikə-tikə edildi

Hindistanın şimalında yaşayan bir ailəni cadugərlikdə ittiham edərək tikə-tikə doğrayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Orissa ştatının Lahanda kəndində baş verib. Yerli əhali kənddə yaşayan ər və arvadı qonşunun uşaqlarına xəstəlik göndərməkdə günahlandırıblar. Kənd əhalisi 5 nəfərdən ibarət qrup yaradaraq gecə ikən balta ilə onların evinə hücum çəkiblər. Qrup üzvləri evin sakinlərini yuxudan oyadıb və onları doğrayıb. Qrup üzvlərinin qətlə yetirdiyi sakinlər arasında ailənin 4 uşağı da olub. Ailənin 2 uşağı evdən qaça bilib və bütün hadisəni polisə danışıb.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları evdə qan gölməçəsi, balta və tanınmaz hala düşən insan meyitlərini aşkar ediblər. 3 yaşlı uşaq da daxil olmaqla ailənin 6 üzvü qətlə yetirilib. Lakin polis hadisə ilə tanış olarkən meyitlər arasında 8 yaşlı oğlan uşağının sağ olduğunu görüb: o, ölmüş valideynlərinin altında qaldığı üçün cinayətkarlar onu doğraya bilməyiblər. Uşağı dərhal yerli xəstəxanaya aparıblar.

Qeyd edək ki, Hindistanda xurafatla mübarizə aparsalar da, bu ölkədə cadugərlər hələ də qətlə yetirilir. Hindistanda 2013-cü ildə 119, 2012-ci ildə isə 160 cadugər qətlə yetirilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm