• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dərvişlər aclıq aksiyası keçirir

  • Dünya
  • 10 Mart 2014 18:53
  • 435 Baxış
Dərvişlər aclıq aksiyası keçirir

Martın 1-də həbsdəki bir dərviş-bloqqer və insan haqları fəalı Kasra Nuri məhbəs yoldaşları ilə pis rəftara etiraz olaraq aclıq aksiyası keçirib. O, sufilərin "Nematollahi Gonabadi" ordeninin iki üzvünə gərəkən tibbi xidmətin göstərilməməsinə etiraz edirdi. Sonra ona başqaları da qoşulub. Dərvişlərə yaxın mənbələrin dediyinə görə, hazırda həbsxanadakı dərvişlərdən 10 nəfəri yeməkdən boyun qaçırıb(azadlıq.org). Məlumata görə, onlara kənardan 2 mindən çox sufi də qoşulub. İranın başqa yerlərindən, Hindistandan, eləcə də Avropanın müxtəlif ölkələrindən də etirazlara qoşulanlar barədə xəbərlər gəlir.


Bu aksiya təkcə dərvişlərlə pis rəftara deyil, həm də İranda ən böyük sufi qrupu olan “Nematollahi Gonabadi”yə dövlət təzyiqinə etirazdır. Qrupun İranda 2 milyon üzvünün olduğu bildirilir.

Sufilər haqqında xəbərlər yayan «Majzooban» saytının baş redaktoru Farhad Nuri deyir ki, dərvişlər ədalət istəyirlər: «Onlar İran vətəndaşları üçün bərabər hüquqlar təsbit edən İran Konstitusiyasının yerinə yetirilməsini istəyirlər. Bəzi orqanlar və rəsmilər ona hörmət etmir, nəticədə dərvişlər və onların hüquqları tapdanır».

Nuri bunu Avstraliyadan telefonla deyib. Son illər dərvişlər hədələnir, həbs olunur, təhlükəsizlik ittihamları ilə saxlanır, ibadət yerləri dağıdılır. Onlar inanırlar ki, təzyiqlərin əsas səbəbi populyarlıqlarının artması və inanclarıdır – yəni, dinin siyasətdən ayrılması. Təzyiq əvvəlki administrasiya dövründə artıb. Nouri deyir ki, dərvişlər prezident Həsən Ruhaninin hakimiyyəti dövründə vəziyyətin yaxşılaşacağına ümid edirdilər. Ötən ay dərvişlər Ruhaniyə açıq məktub yazıblar, üzləşdikləri təzyiqlərdən bəhs ediblər. Onlar İran mediasının «xəbər boykotu»ndan da yazıblar.

Nuri deyir ki, Ruhaninin hakimiyyətə gələndə bütün iranlılara verdiyi vədlər müəyyən ümid yaratsa da, indi onlar puça çıxır:«Təəssüf ki, təhlükəsizlik orqanlarında dərvişlərə təzyiq göstərən dairələr qalmaqdadır və Ruhani açıq-aşkar bununla bağlı heç nə edə bilmir. Onun hakimiyyətə gəlməsindən sonra dərvişlərə bir sıra hökmlər çıxarılıb».

Xəbər lenti

DAHA ÇOX XƏBƏR