• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Moskva Obamanı “kişi sözü”nü yerinə yetirməyə çağırdı

  • Dünya
  • 15 İyul 2015 21:06
  • 383 Baxış
Moskva Obamanı “kişi sözü”nü yerinə yetirməyə çağırdı

ABŞ İranla nüvə razılaşmasının əldə olunmasına baxmayaraq, Avropada raketdən müdafiə sisteminin yaradılmasından imtina etməyəcək.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.

Adının çəkilməsini istəməyən mənbə qeyd edib ki, Vyanada İran və “altılıq” (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin və Almaniya) arasında imzalanan saziş İranın raket təhlükəsini aradan qaldırmayıb. Bu səbəbdən də BMT Təhlükəsizlik Şurasının qətnaməsində BMT-nin İranın ballistik raket proqramı ilə bağlı sanksiyalar qüvvədə qalacaq.

Onun sözlərinə görə, İran Yaxın Şərqdə ballistik raketlərin ən böyük ehtiyatına malikdir. “Bu raketlər ABŞ və beynəlxalq cəmiyyətin narahatlığının mənbəyi olaraq qalır. Bu səbəbdən Avropada raketdən müdafiə sisteminin yaradılmasına ehtiyac var. Vaşinqton əvvəlki kimi müttəfiqləri və partnyorlarını ballistik raketlərin mümkün təhlükəsindən müdafiə etmə öhdəliyi daşıyır. Biz partnyorlarımızla birlikdə İranın raket proqramını sanksiyalar, ixracata nəzarət və raket texnologiyalarına nəzarət yolu ilə diqqətdə saxlayacayıq”, - Dövlət Departamentinin nümayəndəsi əmin edib.

Dövlət Departamentindən verilən bu açıqlama isə Vaşinqtonun verdiyi sözü yerinə yetirmədiyi anlamına gəlir. Belə ki, Avropada raketdən müdafiə sistemini qurmaq istəyən ABŞ bu niyyətini həmişə İrandan gələcək mümkün təhlükə ilə izah edib. Bir sıra Avropa ölkələri, həmçinin Polşa, Rumıniya, İspaniya və Türkiyə bu sistemlərin öz ərazisində yerləşdirilməsi ilə razılaşıblar. ABŞ prezidenti Barak Obama 2009-cu ildə bildirib ki, əgər İranın nüvə proqramı ətrafındakı problem həll olunsa, Avropada raketdən müdafiə sisteminin yaradılması məsələsi aradan qalxacaq.

Nüvə sazişini şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Obamanın həmin bəyanatını xatırladıb. Rusiyalı nazir bildirib ki, Moskva Vaşinqtondan verilən sözün yerinə yetiriləcəyinə ümid edir. “Buna görə də biz bu fakta amerikalı həmkarlarımızın diqqətini cəlb etdik. Onların reaksiyasını gözləyəcəyik”, Lavrov deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR