• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Putin narkotik istifadəçiləri ilə bağlı qanunu imzaladı

  • Dünya
  • 15 İyul 2015 19:05
  • 392 Baxış
Putin narkotik istifadəçiləri ilə bağlı qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının qanunverici aktlarına dəyişikliklərin edilməsi haqqında” federasiya qanununu imzalayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dəyişikliklər narkotik maddələrin qanunsuz istifadəsi ilə bağlı qanunu pozan şəxslərin tibbi müayinədən imtina etməsi halında cəzalandırılmasını nəzərdə tutur.

Tibbi müayinədən keçməkdən imtina edənlər 4 mindən 5 min rubla qədər (təxminən 79-87 dollar) cərimələnəcək, yaxud da 15 gün müddətə qədər inzibati həbsə məhkum ediləcək.

Qeyd edək ki, dəyişikliklər iyulun 1-də Dövlət Duması tərəfindən qəbul edilib, bir həftə sonra Federasiya Şurası tərəfindən bəyənilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR