Polislərə görə 17 yaşlı qız ikinci dəfə zorlandı
Bizi izləyin

Dünya

Polislərə görə 17 yaşlı qız ikinci dəfə zorlandı

Polis 17 yaşlı qızı zorlayan şəxsləri yaxalamaq üçün təcavüzə uğrayan qızın özünü “yem” olaraq istifadə etsə də, plan baş tutmayıb. Əksinə, cinayətkarlar qızı ikinci dəfə zorlayaraq aradan çıxıblar.

Publika.az xəbər verir ki, hadisə Hindistanda baş verib. Belə ki, 17 yaşlı qız sevgilisi ilə gəzərkən iki nəfər bıçaqlı şəxs qarşılarını kəsib. Onlar qızı meşəyə apararaq zorlayıblar.

Qızın cib telefonunu da götürən cinayətkarlar öz əməllərini əvvəldən axıradək kameraya çəkiblər. Qız hadisədən sonar polisə şikayət edib. Təcavüzkarlar isə qızın anasına zəng edərək külli miqdarda pul tələb ediblər. Əks təqdirdə qızının zorlanması haqqında videonu sosial şəbəkələrdə yaymaqla şantaj ediblər.

Təcavüzkarların şantajından faydalanmaq istəyən polislər zorlanmış qızı “yem” olaraq istifadə etməyi planlaşdırıblar və təcavüzkarların tələb etdiyi pulla birlikdə qızı görüş yerinə yola salıblar. Uzaqdan qızı təqib edən polislər bir müddət sonar izi itiriblər. Beləliklə 17 yaşlı qızı ikinci dəfə zorlayan cinayətkarlar pulu da alaraq aradan çıxıblar.

Bir neçə saat sonar isə onlar təsadüf nəticəsində həbs olunublar.

Əməliyyata rəhbərlik edən polis rəisi isə işdən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm