Donetskdə vurulan Malayziya təyyarəsi ilə bağlı HESABAT - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Donetskdə vurulan Malayziya təyyarəsi ilə bağlı HESABAT - FOTO/VİDEO

Malayziyanın sərnişin təyyarəsi Ukraynanın Donetsk vilayətində rusiyapərəst separatçıların nəzarətində olan ərazidən atılan raketlə vurulub.

Publika.az xəbər verir ki, bu barədə uçuşların təhlükəsizliyi üzrə Hollandiyanın xüsusi şurasının yaydığı hesabatda bildirlir.

İstintaqın gedişi ilə tanış olan mənbənin məlumatına görə, istintaq materialları nəqliyyat üzrə milli təhlükəsizlik şurası, ABŞ Federal aviasiya idarəsi və Boinq şirkəti də daxil olmaqla dünya üzrə xeyli agentliklərin araşdırmasına verilib. Araşdırmalar nəticəsində istifadə edilən raket də müəyyən olunub.

Hesabatda Malayziya şirkətinin məsləhətlərə baxmayaraq döyüş bölgəsi üzərindən uçuşlar həyata keçirməsi də irad olaraq bildirilib.

Xatırladaq ki, iyul ayının 17-sində baş verən hadisə zamanı əksəriyyəti Hollandiya vətəndaşı olmaqla 298 nəfər ölmüşdü. İndiyə qədər cəmi 200 nəfərin meyitləri tapılaraq ölkəsinə göndərilib.









Oxumağa davam et
Reklam
Reklam

Gündəm