Donbasda bir gündə 8 ukraynalı hərbçi həlak olub
Bizi izləyin

Dünya

Donbasda bir gündə 8 ukraynalı hərbçi həlak olub

Ukraynanın şərqində 8 hərbçi həlak olub və 16 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Donbasda xüsusi əməliyyat üzrə Prezident Administrasiyasının sözçüsü Andrey Lısenko deyib.

Andrey Lısenko hərbçilərdən beşinin Rusiya ilə həmsərhəd Staniçno-Luqansk rayonunda minalanmış sahələri yoxlayarkən öldüyünü bildirib. O, xüsusi əməliyyat bölgəsində atışmanın intensivliyinin artdığını qeyd edib.

"ATO (“Antiterror Əməliyyatı”) bölgəsində vəziyyət pisləşməkdə davam edir. Qarşı tərəf cəbhənin bir sıra sahəsində atəşin şiddətliyini kəskin şəkildə artırıb”, - Lısenko deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm