Keçmiş prezidentin boynu sındı
Bizi izləyin

Dünya

Keçmiş prezidentin boynu sındı

ABŞ-ın keçmiş prezidenti ata Corc Buş Kennebakporte şəhərində yerləşən evində yıxılaraq boynunu sındırıb.

Publika.az xarici mətbuata istinadən 41-ci prezidentin yıxılma xəbərini onun köməkçisi verib.

Verilən məlumata görə, hadisə Men ştatında baş verib və sabiq prezident dərhal Portlend şəhər xəstəxanasına aparıblar. 91 yaşlı Buşun vəziyyəti stabil olaraq qalır, lakin o, bir müddət boyun üçün yaxalıq taxmalı olacaq.

Qeyd edək ki, ata Corc Buş 1989-1993-cü illərdə ABŞ prezidenti postunu tutub. O ən uzunömürlü ABŞ prezidenti adını alıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm