• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yəmən hökuməti mühacirətdən qayıdır

  • Dünya
  • 17 İyul 2015 09:08
  • 341 Baxış
Yəmən hökuməti mühacirətdən qayıdır

Yəməndə üsyançı Huti birləşmələrinin liman şəhəri Adendən çıxarılmasından sonra mühacirətdə olan hökumət rəsmiləri ölkəyə dönüblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hökumət üzvləri iyulun 16-da helikopterlərlə Aden şəhərinin ətrafındakı hərbi bazaya düşüblər.

Səudiyyə Ərəbistanında olan mühacir hökumətin mətbuat xidməti Adenin 90 faizinin hazırda hökumət qüvvələrinin nəzarətində olduğunu xəbər verir.

Bu şəhər böyüklüyünə görə paytaxt Sanaadan sonra ikincidir.

Ərəb ölkələri İranı əsasən şiələrdən ibarət olan Huti birləşmələrini dəstəkləməkdə ittiham edir.

Amma Tehran ittihamı rədd edir.

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri vaxtaşırı yaraqlıların mövqelərini bombalayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR