Cinsi istəyi artıran “yuxu xəstəliyi”nin SİRRİ - FOTO
Bizi izləyin

Dünya

Cinsi istəyi artıran “yuxu xəstəliyi”nin SİRRİ - FOTO

2012-ci ildə başlayan və 60 insanın ölümünə səbəb olan “yuxu xəstəliyi” hadisəsinin sirri açılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin səbəbi uran mədəni olub.

Qazaxıstanın Rusiya ilə sərhədində yerləşən Kalaç kəndində yaşayanlar 2012-ci ildən başlayaraq “yuxu xəstəliyi”nə tutulub. Kənd sakinləri son 3 ildir günlərlə yatsa da yarıyuxulu vəziyyətdə qalxır, cinsi istəyi artırır, qarabasma görür və huşu tez-tez itirirdilər. Elm adamları isə Kalaç kəndində baş verənlərə elmi izah verə bilmirdilər.

Yalnız üç illik araşdırmalardan sonra, kənd sakinlərinin həyatını kabusa çevirən hadisənin səbəbinin keçmiş uran mədəni olduğu ortaya çıxıb. SSRİ dövründə Kalaç kəndinə yaxın ərazidə uran çıxarılırdı. Uran mədəni istismar edilməsə də, ətrafa radiasiya yaymaqda davam edib.

Mədənin olduğu ərazidə və ətrafında karbondioksidin miqdarının normadan 10 dəfə çox olduğu bildirilir. “Yuxu xəstəliyi”nin sirrinin açılmasından sonra Qazaxıstan hökuməti təcili tədbirlər görməyə başlayıb və kəndi köçürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm