Poroşenkodan Kremlə bəd xəbər: “Xüsusi status olmayacaq”
Bizi izləyin

Dünya

Poroşenkodan Kremlə bəd xəbər: “Xüsusi status olmayacaq”

“Konstitusiyaya dəyişiklikləri layihəsi xüsusi status deyil, yerli muxtariyyətin spesifik həyata keçirilməsi qaydalarını nəzərdə tutur”.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu sözləri Ali Radanın 16 iyulda keçirdiyi iclasında Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

"Konstitusiyaya dəyişiklikləri mətnində Donbas hövzəsinin xüsusi statusu və Ukraynanın federasiya halına salınması ilə ilə bağlı heç nə yoxdur. Ukrayna unitar dövlətdir və unitar dövlət olaraq da olacaq”, - prezident qeyd edib.

Xatırladaq ki, Poroşenko bundan əvvəlki açıqlamasında Ukraynada dövlətin idarə olunmasının unitar modelinin tərəfdarlarının çox güclü olduğunu bildirib. O, unitar modelin tərəfdarlarının təxminən 90 faiz olduğunu deyib: “Demərkəzləşdirmənin federallaşma ilə heç bir əlaqəsi yoxdur. Biz daim ictimai rəyi öyrənirik. Sizi inandıra bilərəm ki, son bir il ərzində cəmiyyətin unitar modelə dəstəyi çox güclüdür. Bu, hazırda 90 faizə yaxınlaşır”.

Eyni zamanda, prezident qeyd edib ki, Ukraynanın dövlət quruluşu ilə bağlı sualı referenduma çıxarmağa hazırdır: “Kimlər ki ölkənin federallaşmasını istəyir, bunun üçün bizdə son alət – referendum var. Biz bu məsələ ilə bağlı referendum keçirməyə hazırıq”.

Separatçılar və Moskva isə Donbas üçün geniş səlahiyyətlərə malik xüsusi status tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm