İŞİD məsuliyyəti öz üzərinə götürdü
Bizi izləyin

Dünya

İŞİD məsuliyyəti öz üzərinə götürdü

Misirə aid hərbi gəmiyə təşkil edilən hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Qeyd edək ki, Sinay yarımadasının şimalında, Qəzza sərhədinə yaxın bölgədə olan gəmi sahildən atılan raketlə vurulub. İŞİD tərəfindən verilən açıqlamada Misirə aid gəminin məhv edildiyi bildirilib.

Misir Müdafiə Nazirliyinin sözçüsü terrorçularla baş verən qarşıdurma zamanı yanğının baş verdiyini açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm