Bizi gündə 5 dəfə zorlayırdılar: İŞİD-in köləsi olmuş yezidi qadınların həyat HEKAYƏLƏRİ - FOTO
Bizi izləyin

Dünya

Bizi gündə 5 dəfə zorlayırdılar: İŞİD-in köləsi olmuş yezidi qadınların həyat HEKAYƏLƏRİ - FOTO

“İslam Dövləti” qruplaşması tərəfindən seks qulları kimi istifadə edilən 3 gənc yezidi qadın qaçmağa müvəffəq olub. Publika.az xəbər verir ki, Britaniyaya gələn qadınlar başlarına gələn dəhşətli hadisələr barədə BBC-ə danışıblar.

Buşra, Nur və Münirə İraqda “İslam Dövləti” qruplaşması əlində qalan qohum və yaxınlarını təhlükə altında qoymamaq üçün üzlərini göstərməkdən imtina ediblər. Qızlar cıhadçıların intiqam alacağından qorxurlar.

"Bizi gündə 5 dəfə zorlayırdılar”, - 20 yaşlı Buşra deyir.

- Orda olan qızlardan biri ayaq yoluna gedib damarlarını kəsmişdi. Lakin o ölməyəcəyini başa düşəndə boğazını da kəsdi. Keşikçilər mənə yaxınlaşıb dedilər: Get gör ölən sənin rəfiqəndirmi?. Onun üzündə o qədər qan var idi ki, mən rəfiqəmi tanıya bilmirdim. Keşikçilər onu yorğana büküb bayıra atdılar”.

Seçim sistemi

Buşra cıhadçıların onun kəndinə hücumunu yadına salır: "Bir gecə onlar iki qonşu kənddə basqına keçdilər. Döyüş səhər saat 6-dək davam etdi. Bizim qohumlarımız dedilər ki, kənddən çıxın gedin. Hərçənd ki, kənddəki kürd döyüşçüləri bizə qalmağı və narahat olmamağı tövsiyyə etdilər. Onlar dedilər ki, bizi müdafiə edəcəklər”.

null

Lakin basqının qarşısını almaq mümkün olmadı.

21 yaşlı Nur daha sonra baş verən hadisələri yada salarkən bunları deyir: "Onlar kişiləri qadınlardan ayırdılar. Kişilər güllələnməyə aparıldı. Mənim 7 qardaşımdan yalnız biri sağ qala bilib. Qalan altısı yoxa çıxdı. Anamı başqa yaşlı qadınlarla apardılar. Biz qəbir qazanların gəldiyini gördük və daha sonra atəş səsləri eşitdik”.

Olaydan yalnız gənc qızlar salamat çıxa bildi. Lakin onların arasında da bir çoxu həyatda qaldıqlarına "görə peşman oldu".

16 yaşlı Münirə deyir ki, “İslam Dövləti” döyüşçüləri yerli məktəb binasına gətirilən qızları seçib özləri ilə apardılar.

"İslam Dövləti komandirlərinin yaşları 50-70 arasında idi. Mənim isə 15 yaşım var idi. Məni bir komandir seçdi. Adətən ən gözəl və gənc qızları komandirlər özləri üçün seçirdi”.

Bir neçə gündən sonra Münirəni başqa bir komandirə satdılıar. “Məni Əbu Abdullaya satdılar. O məni zorladı. Bir neçə gündən sonra məni Emada satdılar. Qaçmasaydım, o da məni daha başqa birisinə satacaqdı”.

Amansızlıq

Əsirdə qalarkən qızlar müntəzəm döyülüb zorlanıblar. Onlar əldən düşsələr də, daima qaçmaq fürsətini axtarırıblar. Bir gün pəncərədən qaçmağa cəhd göstərərkən Nur “sahibi” Salman tərəfindən yaxalanıb:

"Salmanla keşikçilər məni döyməyə başladılar. Onlar mənim üstümdə siqaret söndürürdülər. Salman mənə soyunmağı əmr etdi”.

Bundan sonra otağa 6 keşikçini buraxan Salman Nura cəzalandırılacağını bildirib.

null

"Onlar məni amansızcasına zorlayırdılar... bilmirəm neçə dəfə”, - Nur deyir.

“İD” əsirliyindən qaçmağa müvəffəq olan qızlar bir müddət İraqdakı qaçqın düşərgəsində yaşayıblar.

Daha sonra AMAR Foundu xeyriyyə cəmiyyəti onların Britaniyaya səfərini təşkil edib. Bu səfər gedişatında İraqdan gələn qadınlar britaniyalı gənclərlə görüşərək İD-ə qatılmaq fikrində olanları bu niyyətdən daşındırmağa çalışırlar.

null
Oxumağa davam et
Reklam
Reklam

Gündəm