Əbdülfəttah əl-Sisi Türkiyə və Qətər dövlət başçılarını Misirə dəvət etdi
Bizi izləyin

Dünya

Əbdülfəttah əl-Sisi Türkiyə və Qətər dövlət başçılarını Misirə dəvət etdi

Avqustun 6-da Misir rəhbəri Əbdülfəttah əl-Sisi yeni Süveyş kanalının təntənəli açılış mərasimini keçirəcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Əbdülfəttah əl-Sisi açılış mərasiminə dünyanın bir çox ölkə rəhbərlərini ilə yanaşı, hazırda münasibətləri gərgin olan Türkiyə və Qətərin də dövlət başçılarına dəvət ünvanlayıb.

Məlumata görə, Misirin xarici işlər naziri Semih Şükrü diplomatik korpus üzvləri ilə görüşü zamanı bəyan edib ki, yeni Süveyş kanalı layihəsi beynəlxalq ticarətin mərkəzinə çevriləcək.

Tədbirə bir çox dünya ölkələrinin də dəvət edildiyini vurğulayan misirli nazir qeyd edib ki, dəvət edilənlər arasında Türkiyə və Qətər dövlətlərinin rəhbərləri də var.

Xatırladaq ki, Türkiyə və Qətər dövlətləri ilə Misir arasında münasibətlər 2013-cü ildə pozulub. Buna səbəb isə həmin il Misirin seçilmiş prezidenti Məhəmməd Morsinin hərbi çevriliş yolu il devrilməsi və Morsinin həbs olunması olub. Sonralar dəfələrlə Türkiyə və Qətər dövlət rəhbərləri Misirin indiki başçısından Məhəmməd Morsinin azadlığa buraxılmasını tələb ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm