Vurulan təyyarədən şok görüntülər - FOTOLAR\VİDEO
Bizi izləyin

Dünya

Vurulan təyyarədən şok görüntülər - FOTOLAR\VİDEO

Bu gün Ukrayna səmasında Malayziyaya məxsus “Boeing” sərnişin təyyarəsinin vurulmasından 1 il ötür. Bu münasibətlə News.com.au Avstraliya portalı faciə ilə bağlı şok görüntüləri təqdim edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, videoyazıda separatçılar həlak olanların çantalarına baxır, şəxsi əşyalarını və mobil telefonlarını toplayır. Adı açıqlanmayan komandirlərdən biri qərargaha zəng edərək 2 təyyarənin olduğunu bildirir. Sonra isə o, qəzanın baş verdiyi ərazinin təmizlənməsini və simasının çəkilməməsini tələb edir.

Portalın verdiyi məlumata görə, video 17 dəqiqədən ibarətdir. Bundan əlavə, videonu çəkən şəxs təyyarədən 5 nəfər şəxsn paraşütlə düşdüyünü də qeyd edib.

Komandir stüardessaya məxsus pasportu göstərərək deyib: “Görürsən, onlar xaricilərdir, malayziyalılardır”.

Qeyd edək ki, 2014-cü il iyulun 17-də Malayziya hava yollarına məxsus olna “Boeing-777” təyyarəsi Amsterdamdan Kuala-Lumpura uçarkən Donetsk səmasında vurulub. Hadisə nəticəsində 298 insan həlak olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm